Aktual · AzPolitika

Mürvət Həsənli "Tərəqqi" medalı ilə təltif edilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Mürvət Həsənli "Tərəqqi" medalı ilə təltif edilib xəbəri üçün şəkil

Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.

"AzPolitika" xəbər verir ki, təltif olunanlar arasında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) sədri, tanınmış iş adamı Mürvət Həsənli də var.

O, aqrar sahədəki səmərəli fəaliyyətinə görə dövlət başçısı tərəfindən "Tərəqqi" medalına layiq görülüb.

Qeyd edək ki, "Tərəqqi" medalı ilə təltif edilən Mürvət Tapdıq oğlu Həsənli 1970-ci ildə anadan olub, Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsini bitirib. 

1990-cı illərdən sahibkarlıq fəaliyyətinə başlayan iş adamı, 2008-ci ildən etibarən əsasən kənd təsərrüfatı və quşçuluq sektorunda iri layihələr həyata keçirib. 

Hazırda Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) sədri olan Mürvət Həsənli, eyni zamanda Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri və Qərbi Azərbaycan İcmasının Qəyyumlar Şurasının üzvü kimi geniş ictimai fəaliyyət göstərir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑