Hadisə · Modern.az

Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın söndürüldü - FOTO - Yenilənib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın söndürüldü - FOTO - Yenilənib
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın söndürüldü - FOTO - Yenilənib

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində baş vermiş yanğın söndürülüb.

Bu barədə Modern.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən yaşayış binalarına və obyektlərə yayılmasına imkan verilmədən tam söndürülüb. 

Xəsarət alan olmayıb.

***

Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

FHN-dən Modern.az-a verilən xəbərə görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Report"un yerli bürosunun məlumatına görə, yanğın Xırdalan şəhərində yerləşən "AAAF Park" yaşayış kompleksi ərazisindəki uşaq əyləncə mərkəzində qeydə alınıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑