Aktual · Modern.az

Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO

İran İslam Respublikasının daxili işlər naziri İskəndər Momeninin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 12-də Azərbaycana səfərə gəlib.

Modern.az xəbər verir ki, İskəndər Momeni və onu müşayiət edən şəxslər Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub. Nümayəndə heyəti daha sonra Şəhidlər xiyabanını ziyarət edib.

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov İskəndər Momeni və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İki ölkənin daxili işlər orqanları arasında əməkdaşlığın əhəmiyyətinə toxunan nazir Vilayət Eyvazov transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıqla mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb. O, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi və ikitərəfli əlaqələrin daha da genişləndirilməsində Azərbaycanın Daxili İşlər Nazirliyinin maraqlı olduğunu bildirib.

Daha sonra nazir qonaqlara Azərbaycandakı mövcud kriminogen vəziyyət haqqında qısa məlumat verib, bildirib ki, hüquq-mühafizə orqanları sıx, qarşılıqlı əlaqədə mütəşəkkil cinayətkarlığa, beynəlxalq terrorizmə, ekstremizmə, separatizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks tədbirlər həyata keçirirlər.

İskəndər Momeni transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində məlumat və təcrübə mübadiləsinin bölgədəki təhlükəsizliyə müsbət təsir göstərəcəyini qeyd edib, İranın hüquq-mühafizə orqanlarının azərbaycanlı həmkarları ilə əməkdaşlığın daha da dərinləşdirilməsinə böyük önəm verdiyini vurğulayıb.

Görüşdə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu iştirak edib.

15547331554734155473515547371554738

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑