Çexiya nəqliyyat naziri İvan Bednarikin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Bakı Dəmiryol Vağzalında olub.
Bu barədə Modern.az-a "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən məlumat verilib.
ADY-nin sədri Rövşən Rüstəmov qonaqlara qurumun fəaliyyəti, sərnişindaşıma sahəsində həyata keçirilən layihələr, Bakı Dəmiryol Vağzalının infrastrukturu və sərnişinlərə göstərilən xidmətlər barədə məlumat verib.
Həmçinin ADY-nin sərnişin məmnuniyyətinin artırılması və xidmətlə
Çinin xarici işlər naziri Vanq Yi Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstana səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Vanq cümə axşamı günü Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Qurucu Tədbirlər Müşavirəsinin (CICA) yeddinci zirvə görüşündə "Sədr Si Cinpinin xüsusi nümayəndəsi" kimi iştirak edəcək.
Bildirilib ki, səfər oktyabrın 14-dən 20-dək davam edəcək.
İran İslam Respublikasının daxili işlər naziri İskəndər Momeninin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 12-də Azərbaycana səfərə gəlib.
Modern.az xəbər verir ki, İskəndər Momeni və onu müşayiət edən şəxslər Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub. Nümayəndə heyəti daha sonra Şəhidlər xiyabanını ziyarət edib.
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyv
Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi Dilarə Salahova vəzifəsindən azad olunub.
Modern.az xəbər verir ki, bu barədə Bakı Baş Səhiyyə Mərkəzi (BBSM) məlumat yayıb.
Bildirilib ki, o, işdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə yola salınıb.
BBSM-nin direktoru Nərgiz Şərifova baş həkimə səhiyyə sahəsindəki fəaliyyətinə görə minnətdarlığını bildirib və o, təşəkkürnamə ilə təltif edilib.