Təhsil · Modern.az

Uzun mətnlər abituriyentlərə vaxt itkisi yaradır - DİM-ə təklif

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Uzun mətnlər abituriyentlərə vaxt itkisi yaradır - DİM-ə təklif
Uzun mətnlər abituriyentlərə vaxt itkisi yaradır - DİM-ə təklif

2026-cı il buraxılış imtahanlarında iştirak edən şagirdlərin təcrübəsi araşdırılıb.

Araşdırmaya əsasən, buraxılış imtahanından sonra iştirakçılar imtahanın subyektiv çətinliyini beşballıq şkala üzrə orta hesabla 4,19 balla qiymətləndiriblər. Bu, yüksək göstərici hesab olunur. Lakin iştirakçıların açıq cavabları və narazılıq səbəbləri göstərir ki, bu qiymətləndirmə təkcə tapşırıqların mürəkkəbliyi ilə bağlı deyil. Ən çox qeyd edilən problemlər tapşırıq və mətnlərin uzunluğu, vaxt çatışmazlığı, sualların çətinliyi və gözlənilməz tapşırıqlar olub.

Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı Modern.az-a açıqlamasında bildirib ki, buraxılış imtahanlarından sonra abituriyentlər əsasən sualların çətinliyindən, mətnlərin həcmindən və vaxt çatışmazlığından şikayət edirlər.

Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzi (DİM) hər il sentyabr ayında “Abituriyent” jurnalının xüsusi buraxılışında imtahan proqramı, mövzular və istifadə oluna biləcək model testlər barədə məlumat verir.

“Lakin hər il imtahandan sonra sualların çətinliyi ilə bağlı şikayətlər səsləndirilir və günahkar kimi Dövlət İmtahan Mərkəzi göstərilir. Halbuki bu fikirləri səsləndirənlər arasında abituriyentləri imtahana hazırlayan şəxslər də var. Onlar sualların çətin olduğunu bildirərək DİM-i günahlandırırlar. İmtahanlarda proqramdan kənar mövzulardan istifadə olunmur. Bundan əlavə, suallar çətinlik dərəcəsinə görə müəyyən bölgü əsasında hazırlanır: sadə, orta və çətin. Bütün bu qaydalar əvvəlcədən jurnalda təqdim olunur. Buna görə də məqsədli şəkildə hazırlaşan abituriyentlər həmin tələbləri nəzərə almalıdırlar”, – deyə ekspert bildirib.

Elçin Əfəndi hesab edir ki, Dövlət İmtahan Mərkəzi şagirdlərin narazılıqlarını nəzərə alaraq buraxılış imtahanlarında mətnlərin həcmini azaltmalıdır. Onun sözlərinə görə, mətnlərin qısaldılması üç saatlıq imtahan müddətinin tapşırıqları yerinə yetirmək üçün kifayət etməsinə kömək edə bilər. İmtahan sisteminə xarici dildə esse yazılması tələbinin də daxil edilməsi bu məsələyə yenidən baxılmasını zəruri edir.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑