Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda Azərbaycanın coğrafi məlumatlarının, yol şəbəkəsinin və su obyektlərinin vahid kataloqda toplanması istiqamətində işlər aparılır. Kataloqun ilin sonunadək hazırlanması nəzərdə tutulur.
Bu barədə 525.az-a institutdan məlumat verilib. Qeyd olunub ki, institutda, həmçinin Xəzər dənizində suyun buxarlanması ölçülür, Bakı-Türkmənbaşı marşrutu üzrə günəş və külək enerjisi potensialı hesablanır. İqlim dəyişiklikləri fonunda, xüsusilə Kiçik Qafqaz regionunda çayların su balansı müasir metodlarla araşdırılır.





