Ukrayna Müdafiə Qüvvələri cəbhədə ilk dəfə yaralı hərbçinin təxliyəsini pilotsuz uçuş aparatı vasitəsilə həyata keçirib.
Modern.az xəbər verir ki, adətən yaralı döyüşçülərin təxliyəsi yerüstü robot komplekslərinin köməyi ilə aparılır. Lakin Quru Qoşunlarının bildirdiyinə görə, bu dəfə Rusiya dronlarının çoxluğu və ərazinin minalanması səbəbindən həmin üsuldan istifadə etmək mümkün olmayıb.
“Bu, olduqca mürəkkəb, lakin uğurlu əməliyyatdır. Bu, tarixi hadisədir və yaralıların təxliyəsində gələcək mərhələnin başlanğıcıdır. Hamımız gec-tez bu mərhələyə keçəcəyik”, — deyə 92-ci Əlahiddə Hücum Briqadasının pilotsuz yerüstü sistemlər bölüyünün proqramçısı və bölmə komandiri, “Napalm” çağırış adlı hərbçi bildirib.





