Dünya · Modern.az

Tramp dünyanı müharibədən qoruyur – Lukaşenko

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp dünyanı müharibədən qoruyur – Lukaşenko
Tramp dünyanı müharibədən qoruyur – Lukaşenko

ABŞ Prezidenti Donald Trampın siyasəti dünyada fikir ayrılıqlarını dərinləşdirsə də, onun fəaliyyəti Üçüncü Dünya müharibəsinin qarşısını almağa kömək edir.

Modern.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə keçirilən IV Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Trampın siyasəti dünyanı qütbləşdirir və haqlı tənqidlərə səbəb olur. Bununla belə, ABŞ liderinin addımları qlobal müharibənin qarşısının alınmasında mühüm rol oynayır.

“Tramp ziddiyyətli addımlarına baxmayaraq, hələlik dünyanı Üçüncü Dünya müharibəsindən qoruyur. Belə bir müharibə nüvə müharibəsinə çevrilə bilər. O zaman okeanın o tayında da gizlənmək mümkün olmayacaq”, – deyə Lukaşenko vurğulayıb.

Belarus Prezidenti qeyd edib ki, dünyada təhlükəsizliyin təmin olunması və münaqişələrin genişlənməsinin qarşısının alınması ABŞ-nin mövqeyindən əhəmiyyətli dərəcədə asılıdır.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑