Dünya · Modern.az

Roma Papası XIV Leo xəstəxanaya yerləşdirildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Roma Papası XIV Leo xəstəxanaya yerləşdirildi
Roma Papası XIV Leo xəstəxanaya yerləşdirildi

Roma Papası XIV Leo cərrahi əməliyyat olunmaq üçün Romanın Agostino Cemelli adına xəstəxanasına gətirilib. O, ağciyərindəki düyünün götürülməsi üçün əməliyyat olunacaq.

Modern.az xəbər verir ki, "Rai Radio-1" radio stansiyasının məlumatına görə, əməliyyatın elə bu gün baş tutacağı istisna olunmur.

Vatikan pafikin oktyabrın 20-dək olan bütün cədvəlini və tədbirlərini təxirə salıb. Sağalma prosesinin təxminən bir həftə sürəcəyi gözlənilir. Bununla belə, noyabrın əvvəlinə planlaşdırılan Cənubi Amerika (Uruqvay, Argentina və Peru) səfəri hələ ki cədvəldə saxlanılıb.

71 yaşlı XIV Leo (2025-ci ilin mayında seçilib) müayinə zamanı ağciyərində kiçik və təcrid olunmuş törəmənin erkən mərhələdə aşkar edildiyini şəxsən açıqlamışdı.

Qeyd edək ki, "Cemelli" klinikası Roma papalarının tez-tez müalicə olunması səbəbindən "Üçüncü Vatikan" adlandırılır. Mərhum İohann Pavel II və 2025-ci ildə vəfat edən Papa Fransisk də dəfələrlə bu xəstəxanada müalicə olunublar.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑