Dünya · News24.az

İsrail mediası: Netanyahu Trampı, İsrail isə ABŞ-ni itirdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İsrail mediası: Netanyahu Trampı, İsrail isə ABŞ-ni itirdi xəbəri üçün şəkil

İsrail mediası ABŞ Prezidenti Donald Trampın Baş nazir Benyamin Netanyahudan uzaqlaşdığını və İsrailin Vaşinqtonun dəstəyini itirmək təhlükəsi ilə üzləşdiyini yazıb.

News24.az-ın məlumatına görə, “Yedioth Ahronoth” qəzetində dərc olunan təhlildə bildirilib ki, Trampın dəstəyi Netanyahunun seçkilər ərəfəsində ən çox ehtiyac duyduğu vaxtda gəlməyib.

Məqalədə qeyd olunub ki, Trampın Netanyahuya münasibətinin dəyişməsinin səbəblərindən biri İsrail baş nazirinin verdiyi vədləri yerinə yetirməməsi və Qəzzada hücumları vaxtında dayandırmamasıdır. Bunun Trampın regionda sülh yaratmaq və İbrahim Sazişlərini genişləndirmək planlarına mane olduğu iddia edilib.

Təhlildə həmçinin ABŞ ictimaiyyətində Fələstinə dəstəyin artdığı vurğulanıb. Qəzzadakı müharibənin ABŞ-İsrail münasibətlərinə ciddi zərər vurduğu bildirilib.

Məqalənin müəllifləri hesab edirlər ki, Trampın Netanyahudan uzaqlaşması İsrailin baş nazirinin siyasi mövqeyinə təsir göstərə bilər. Bununla belə, ABŞ prezidentinin mövqeyini dəyişib-dəyişməyəcəyi bəlli deyil.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑