Dünya · Günün Səsi

Roma Papası XIV Leo xəstəxanaya yerləşdirildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Roma Papası XIV Leo xəstəxanaya yerləşdirildi xəbəri üçün şəkil

Roma Papası XIV Leo çərşənbə axşamı Romadakı “Cemelli” klinikasına yerləşdirilib.

Gununsesi.info xəbər verir ki, burada onun ağciyərində cərrahi əməliyyatın aparılması planlaşdırılır.Məlumata görə, əməliyyatı minlərlə cərrahi müdaxilə təcrübəsi olan təcrübəli cərrah Stefano Marqaritora rəhbərlik etdiyi həkimlər qrupu həyata keçirəcək. O, son 10 ildə “Cemelli” klinikasının torakal cərrahiyyə şöbəsinə rəhbərlik edir. Əməliyyat başa çatdıqdan sonra Vatikan tibbi rəy açıqlayacaq. Qeyd edək ki, pontifik daha əvvəl “Vatican News”a açıqlamasında son tibbi müayinə zamanı ağciyərində lokal düyünlü törəmənin aşkarlandığını bildirib.

“Bu, çox erkən mərhələdə aşkarlanıb. Həkimlər cərrahi müdaxilənin zəruri olduğunu düşünürlər. Mən onların tövsiyəsinə əməl edəcəyəm”, – deyə Roma Papası bildirib.

Gununsesi.info

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑