Dünya · Azxeber.com

Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib xəbəri üçün şəkil
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ermənistanlı həmkarı Ararat Mirzoyanı ölkəyə səfərə dəvət edib.
Bu barədə Sibiqa "X" sosial şəbəkəsində yazıb.
"Ararat Mirzoyanla məhsuldar görüşüm oldu. Biz həm ikitərəfli səviyyədə, həm də daha geniş regional kontekstdə siyasi, iqtisadi və humanitar əlaqələrimizin möhkəmləndirilməsini, eləcə də ticarət və işgüzar əlaqələrin genişləndirilməsinin praktiki yollarını müzakirə etdik. Mən nazir Mirzoyanı Ukraynaya səfərə dəvət etdim", - Sibiqa yazıb.
O əlavə edib ki, Ukrayna və Ermənistan əməkdaşlığın dərinləşdirilməsi və ikitərəfli gündəliyin irəlilədilməsi potensialına malikdir.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑