Aktual · Modern.az

Putin yeni düşmən axtarır, Avropa həmin düşmən ola bilər - Meloni

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putin yeni düşmən axtarır, Avropa həmin düşmən ola bilər - Meloni
Putin yeni düşmən axtarır, Avropa həmin düşmən ola bilər - Meloni

“Rusiya Prezidenti Vladimir Putin yeni düşmən axtarır və bu düşmən Avropa ola bilər”.

Modern.az xəbər verir ki, bunu İtaliyanın Baş naziri Corcia Meloni bildirib.

Onun sözlərinə görə, Putin Ukraynadakı müharibənin gedişindən diqqəti yayındırmaq məqsədilə Avropaya qarşı təxribatçı addımlar atır.

“Putin Avropanı təxribata çəkir, çünki onun Ukraynadakı müharibənin, döyüş meydanındakı vəziyyətin necə inkişaf etdiyindən diqqəti yayındırmağa ehtiyacı var. O, yeni düşmən axtarır və bu yeni düşmən Avropa ola bilər”, – Meloni deyib.

İtaliyanın Baş naziri Avropa ölkələrini ayıq-sayıq olmağa və vəziyyəti diqqətlə izləməyə çağırıb.

“Əlbəttə, biz sayıqlığımızı qorumalı, vəziyyəti izləməli və hazırda gördüyümüz işləri davam etdirməliyik. Lakin düşünmürəm ki, Putinə belə bir üstünlük vermək lazımdır.

Əminəm ki, xüsusilə indiki məqamda soyuqqanlılığımızı qorumalıyıq”, – deyə Meloni vurğulayıb.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑