Aktual · Modern.az

Azərbaycandan Ermənistana kimlər gedir? - İrəvandan AÇIQLAMA

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycandan Ermənistana kimlər gedir? - İrəvandan AÇIQLAMA
Azərbaycandan Ermənistana kimlər gedir? - İrəvandan AÇIQLAMA

Müxtəlif ölkələrdən 50-dən çox yüksək vəzifəli şəxs Ermənistanda keçiriləcək COP17 sammitində iştirak etmək üçün qeydiyyatdan keçib.

Modern.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Robert Abisoqomonyan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan nümayəndələrinin sammitdə iştirak edib-etməyəcəyi hələlik məlum deyil.

Erməni diplomat BMT-nin baş katibi Antonio Quterreşin tədbirdə iştirakını təsdiqləyib.

“Hazırkı mərhələdə konkret ölkələrin adlarını çəkməkdən çəkinərdim. Çünki qəbul olunmuş praktikaya əsasən, dövlətlər adətən tədbirdə iştirak edəcəklərini özləri açıqlayırlar”, – deyə Abisoqomonyan bildirib.

O, digər ölkələrin nümayəndələrinin iştirakı ilə bağlı məlumatların da rəsmi təsdiqini gözləməyi tövsiyə edib.

Proqnozlara görə, Ermənistanda keçiriləcək konfransda ümumilikdə 15 min nəfərin iştirakı gözlənilir.

BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyası – COP17 2026-cı il oktyabrın 19-dan 30-dək İrəvanda keçiriləcək. Hazırlıq tədbirləri və “Yaşıl zona”nın fəaliyyəti isə oktyabrın 18-də başlayacaq.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑