Aktual · Modern.az

Rusiya və Çinin İrana kömək etdiyinə inanmıram - Tramp

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya və Çinin İrana kömək etdiyinə inanmıram - Tramp
Rusiya və Çinin İrana kömək etdiyinə inanmıram - Tramp

ABŞ Prezidenti Donald Tramp Rusiya və Çinin İrana dəstək göstərdiyinə inanmadığını bildirib.

Modern.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki paylaşımında yazıb.

“Radikal solçu axmaqların və dəlilərin Çinin və Rusiyanın İran İslam Respublikasına kömək etməsi ilə bağlı çoxsaylı şərhlərini görürəm. Əgər belədirsə, bu yardım çox məhdud səviyyədədir. Amma mən buna inanmıram”, – deyə ABŞ prezidenti qeyd edib.

Tramp vurğulayıb ki, Moskva və Pekin belə bir addımla həddindən artıq böyük riskə gedərdilər.

“Biz bundan xəbər tutardıq və bunu çox tez öyrənərdik”, – deyə o əlavə edib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑