Aktual · Modern.az

Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI
Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin 2031-ci ilədək imzalanacağına və ratifikasiya ediləcəyinə ümid edir.

Modern.az xəbər verir ki, Paşinyan bu barədə hökumətin iclasında danışıb.

O bildirib ki, Azərbaycanla sülh sazişinin imzalanması həm Ermənistan hökumətinin, həm də şəxsən onun qarşısında duran ən mühüm məsələlərdən biridir.

“Mən özüm üçün konkret vəzifə və qrafik müəyyənləşdirmişəm: 2031-ci ilədək bu məsələnin həllinə nail olmaq. Təbii ki, bu, bütövlükdə hökumətimizin və siyasi komandamızın da vəzifəsidir. Lakin baş nazir kimi bunu şəxsi gündəliyim baxımından da çox vacib hesab edirəm”, – deyə Paşinyan bildirib.

Ermənistan hökumətinin başçısı belə bir imkanın olduğunu düşündüyünü vurğulayıb. Onun sözlərinə görə, əks halda bu məsələni gündəmə gətirməzdi.

Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampla görüşünün yekununda bəyannamə qəbul edilib.

Sənəddə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair razılaşdırılmış saziş mətnini paraflaması qeyd olunub.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑