Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.
Modern.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Qazaxıstan Prezidentini Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.
Azərbaycan 2026-2028-ci illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik edəcək.
Modern.az xəbər verir ki, bununla bağlı məsələ AQEM-in 7-ci Zirvə Görüşündə müzakirəyə çıxarılıb və qəbul edilib.
14 oktyabr tarixində Bakıda Azərbaycan Respublikasının sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirilib.
Modern.az xəbər verir ki, iclasda 15 oktyabr tarixində Bakıda keçiriləcək AQEM-in Yeddinci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib.
AQEM çərçivəsində Azərbaycan Respublikasının son iki ildə sədrliyi çərçivəsində həyata keçirilmiş fəaliyyət, AQEM üzv dövlətləri
Vətən müharibəsi 44 gün davam etdi, bu müddət ərzində Azərbaycan döyüş meydanında 300-dən çox şəhər və kəndi azad etdi.
Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən VII Zirvə Toplantısında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, 2023-cü ilin sentyabrında Azərbaycan əsgərinin dəmir yumruğu yenidən öz sözünü dedi:
“Bir sutkadan az müddətdə Ermənistanın Qarabağdakı işğalçı ordusu da
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısının yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub.
Modern.az xəbər verir ki, Bəyannamənin layihəsi toplantıda iştirakçıların müzakirəsinə təqdim edilib.
Sənədin qəbuluna dair etiraz olmadıqdan sonra Bakı Bəyannaməsinin qəbul edildiyi elan olunub.
Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammiti çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Rusiya xarici işlər naziri Sergey Lavrov görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“İsrail xalqının da Asiya bölgəsinə töhfə vermək üçün kifayət qədər resursu var”.
Modern.az xəbər verir ki, bunu İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
O bildirib ki, İsrail regionla əməkdaşlıq üçün bu ailədə mühüm yer tutur: “Asiyada əməkdaşlığın daha da güclənməsi və layihələrdə yer tutmaq İsrailin istəyidir. Əməkdaşlıq sahəsində boykot üçün yer yoxdur. Qarşılıqlı h