Aktual · Modern.az

AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirildi
AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirildi

14 oktyabr tarixində Bakıda Azərbaycan Respublikasının sədrliyi ilə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirilib.

Modern.az xəbər verir ki, iclasda 15 oktyabr tarixində Bakıda keçiriləcək AQEM-in Yeddinci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib.

AQEM çərçivəsində Azərbaycan Respublikasının son iki ildə sədrliyi çərçivəsində həyata keçirilmiş fəaliyyət, AQEM üzv dövlətləri arasında əməkdaşlığın gələcək istiqamətləri, habelə Müşavirənin təşkilati məsələlərinə həsr edilmiş sənəd layihələri üzrə razılıq əldə olunub, layihələrin Zirvə Görüşünə təqdim edilməsi barədə müvafiq qərar qəbul edilib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑