Aktual · Modern.az

Rusiya ilə münasibətlər heç vaxt soyuq olmayıb - Paşinyan

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Rusiya ilə münasibətlər heç vaxt soyuq olmayıb - Paşinyan
Rusiya ilə münasibətlər heç vaxt soyuq olmayıb - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya ilə münasibətlərində hər hansı soyuqluq yaşanmadığını bildirib.

Modern.az xəbər verir ki, Paşinyan bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Baş nazirin sözlərinə görə, diplomatik münasibətlərdə və ya birgə gündəlikdə müəyyən fikir ayrılıqlarının yaranmasına baxmayaraq, İrəvanın Moskvaya münasibəti dəyişməyib.

“Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyuq olmayıb. Heç nə dəyişməyib”, – deyə Paşinyan vurğulayıb.

O, Ermənistan Atom Elektrik Stansiyasının gələcəyi ilə bağlı Rusiyadan başqa ölkələrin də təkliflərinin nəzərdən keçirilməsinə aydınlıq gətirib.

Paşinyan bildirib ki, Ermənistan ən sərfəli variantı müəyyənləşdirməyə çalışır və bu məsələnin siyasi motivlərlə əlaqəsi yoxdur.

Baş nazir dəmir yolu infrastrukturu ilə bağlı müzakirələrə də toxunub. Onun sözlərinə görə, İrəvan bu sahədə də optimal həll yolu axtarır.

“Əgər rusiyalı həmkarlarımız öz variantlarını təklif edə bilərlərsə, biz onu nəzərdən keçirməyə hazırıq”, – deyə Paşinyan qeyd edib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑