Dünya · Modern.az

"Mis kralı" ömürlük həbs olundu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Mis kralı" ömürlük həbs olundu
"Mis kralı" ömürlük həbs olundu

“Maike Metals” ticarət şirkətinin qurucusu, 61 yaşlı çinli iş adamı He Cinbi dələduzluq və rüşvətxorluq işi üzrə ömürlük həbs cəzasına məhkum edilib.

Modern.az xəbər verir ki, Sian şəhərindəki məhkəmə “Maike” şirkətini müqavilələrlə bağlı dələduzluqda, rüşvətxorluqda və digər cinayətlərdə təqsirli bilib. Qərara əsasən, şirkətin fəaliyyəti bir neçə Çin bankı üçün 1 milyard dollardan çox potensial itki riski yaradıb.

He Cinbi hökmdən apellyasiya şikayəti verib. Qərarın tam mətni dərc olunmayıb.

Məhkəmə prosesi zamanı müdafiə tərəfi nə “Maike” şirkətinin, nə də onun təsisçisinin dələduzluq niyyətinin olmadığını bildirib. Vəkillər qeyd ediblər ki, şirkət on ildən artıq müddətdə banklarla əməkdaşlıq edib və kreditlərini müntəzəm olaraq ödəyib. Onların sözlərinə görə, maliyyə çətinlikləri COVID-19 pandemiyası dövründə tətbiq olunan məhdudiyyətlər səbəbindən yaranıb. Müdafiə tərəfi həmçinin bankların itkilərinin bir hissəsinin öz risklərin idarə edilməsi sistemlərindəki çatışmazlıqlarla əlaqəli olduğunu iddia edib.

He Cinbi “Maike” şirkətini 1993-cü ildə yaradıb. Fəaliyyətinə elektromexaniki məhsulların ticarəti ilə başlayan şirkət sonradan metal ticarətinə keçib. Ən uğurlu dövründə şirkətin payına Çinin ümumi mis idxalının təxminən dörddə biri düşüb.

2022-ci ildə COVID-19 əleyhinə məhdudiyyətlər, daşınmaz əmlak bazarındakı tənəzzül və mis qiymətlərinin aşağı düşməsi “Maike” şirkətində likvidlik problemlərinə səbəb olub. 2023-cü ildə şirkətin rəhbərliyi Cinbinin polis tərəfindən saxlanıldığını ehtimal etdiklərini və onunla əlaqə saxlaya bilmədiklərini açıqlayıb.

Bundan sonra şirkət iflas üçün müraciət edib və borclarının restrukturizasiyası prosesinə başlayıb.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑