Ölkə · Modern.az

Metro, tramvay və dəmir yolu layihələri üçün torpaqlar alınacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Metro, tramvay və dəmir yolu layihələri üçün torpaqlar alınacaq
Metro, tramvay və dəmir yolu layihələri üçün torpaqlar alınacaq

Dəmir yolu, metropoliten və tramvay xətlərinin, tunellərin, magistral neft və qaz boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin və digər infrastruktur obyektlərinin tikintisi üçün torpaqların dövlət ehtiyacları məqsədilə alınmasının hüquqi əsaslarının genişləndirilməsi təklif olunur.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Mülki Məcəlləyə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun layihəsində əksini tapıb.

Dəyişikliklərə əsasən, dövlət əhəmiyyətli yollarla yanaşı, tunellərin, o cümlədən metro tunellərinin, magistral neft və qaz boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, kanalizasiya və digər hidrotexniki qurğuların, eləcə də dəmir yolu, metropoliten və tramvay xətlərinin tikintisi və quraşdırılması torpaqların dövlət ehtiyacları üçün alınmasına əsas verən hallar sırasına daxil edilir.

Bundan başqa, dəniz və hava limanlarının, aerodromların, dəmiryolu, metropoliten və tramvay stansiyalarının, həmçinin depoların tikilməsi və genişləndirilməsi də bu məqsədlər üçün torpaqların alınmasını mümkün edən hallara aid edilir.

Layihə ilə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 3.1.6-cı maddəsinin ləğvi də nəzərdə tutulur.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑