Ölkə · Banker.az

Hüseyn Hüseynov: 9 ayda qeyri-neft və qaz sektoru iqtisadiyyatımızın 70 faizini təşkil edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hüseyn Hüseynov: 9 ayda qeyri-neft və qaz sektoru iqtisadiyyatımızın 70 faizini təşkil edib xəbəri üçün şəkil

2026-cı ilin ilk doqquz ayında qeyri-neft və qaz sektoru iqtisadiyyatımızın təxminən 70 faizini təşkil edib.

Bunu iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Biznes dialoqu” adlı panel sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın beynəlxalq investisiya tərəfdaşlığını təşviq etmək öhdəliyinin son nümunələrindən biri ötən ay Bakıda keçirilmiş II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu olub. Forum çərçivəsində ümumi dəyəri 10,8 milyon ABŞ dolları olan 23 korporativ və investisiya sənədi imzalanıb.

H.Hüseynovun sözlərinə görə, Azərbaycan 2026–2028-ci illər üçün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Kiçik və Orta Biznes üzrə İşçi Qrupuna rəhbərlik edir. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatı, Türk Ticarət və Sənaye Palatası və Türk Biznes Şurası vasitəsilə sahibkarların birbaşa əlaqələr qurmasına və qarşılıqlı tərəfdaşlıqların inkişafına dəstək göstərilir.

O qeyd edib ki, Azərbaycan transsərhəd ticarətin inkişafı, rəqəmsallaşma, yaşıl keçid və beynəlxalq təchizat zəncirlərinə inteqrasiyanı prioritet istiqamətlər kimi müəyyən edib.

H.Hüseynov əlavə edib ki, Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin gücləndirilməsi üçün milli səviyyədə məqsədyönlü tədbirlər həyata keçirilir.

 

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑