Ölkə · AzPolitika

Azərbaycanda icra başçısı cərimələndi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanda icra başçısı cərimələndi xəbəri üçün şəkil

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovla bağlı inzibati protokol tərtib olunub.

"AzPolitika" Xitab24.az-a istinadən xəbər verir ki, icra başçısı ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib.

İşə baxış zamanı müəyyən edilib ki, eyni vaxtda baş vermiş hadisəyə görə Səbail Rayon İcra Hakimiyyətinin başçısı barəsində həmin maddə ilə daha bir inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilib və iş məhkəmənin icraatındadır. Məhkəmə hesab edib ki, hazırki iş icraatda olan digər işlə birləşdirilməlidir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi haqqındadır. Vüqar Zeynalovun hansı qanuni tələbi yerinə yetirmədiyi hələlik məlum deyil.

Əlavə edək ki, bu maddətinin tələblərini pozan vəzifəli şəxslər 1200-2500 manat məbləğində cərimə olunurlar.

Xatırladaq ki, V.Zeynalov 2018-ci ildən Səbail rayonunun icra başçısıdır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑