Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovla bağlı inzibati protokol tərtib olunub.
İcra başçısı ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib.
İşə baxış zamanı müəyyən edilib ki, eyni vaxtda baş vermiş hadisəyə görə Səbail Rayon İcra Hakimiyyətinin başçısı barəsində həmin maddə ilə daha bir inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilib və iş məhkəmənin icraatındadır. Məhkəmə hesab edib ki, hazırki iş icraatda olan digər işlə birləşdirilməlidir.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi haqqındadır. Vüqar Zeynalovun hansı qanuni tələbi yerinə yetirmədiyi hələlik məlum deyil.
Əlavə edək ki, bu maddətinin tələblərini pozan vəzifəli şəxslər 1200-2500 manat məbləğində cərimə olunurlar.
Xatırladaq ki, V.Zeynalov 2018-ci ildən Səbail rayonunun icra başçısıdır.
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.
Azərbaycanda 2025-ci ildə 3 170 əkiz uşaq doğulub.
Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onların 1 555-i qız, 1 615-i oğlan olub.
Həmin il üçəm doğulan uşaqların sayı 117 təşkil edib. Onlardan 53-ü qız, 64-ü oğlandır.
2024-cü ildə isə ölkədə 3 386 əkiz və 117 üçəm uşaq doğulmuşdu.
Azərbaycanda 2025-ci ildə doğulan 11 626 uşağın anası rəsmi qeydiyyata alınmış nikahda olmayıb.
Modern.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ölkədə il ərzində diri doğulan 95 875 uşağın təxminən 12,1 faizini təşkil edib.
Həmin uşaqlardan 8 832-nin doğumu hər iki valideynin, 2 794-nün doğumu isə yalnız ananın ərizəsi əsasında qeydə alınıb.
Xəzərin Pirşağı sahilində suiti cəsədləri aşkarlanıb...
Adalet.az Xəzər TV-yə istinadən xəbər verir ki, cəsədlərə sahilboyu müxtəlif ərazilərdə rast gəlinir. Qarşımıza çıxan suiti cəsədləri ətrafa kəskin və xoşagəlməz qoxu yayırdı.
Balıqçılıq və Akvakultura Mərkəzinin direktor müavini deyir ki, Xəzər dənizinin sahillərində suiti cəsədləri aşkarlanmasının bir neçə səbəbi ola bilər.
Elşən Məcidovun sözlərinə görə, suitilərin ölümünün dəqiq səbəbi ekspertiza və laborator müayinələrdən sonra müəy
Azərbaycanda 2025-ci ildə 95 875 uşaq diri doğulub.
Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 6 435 nəfər azdır. Həmin il ölkədə 102 310 uşaq doğulmuşdu.
2025-ci ildə doğulan uşaqların 50 914-ü oğlan, 44 961-i qız olub.
Azərbaycanda 2025-ci ildə doğulan qadınlar üçün gözlənilən ömür uzunluğu 79,3, kişilər üçün isə 74,9 il təşkil edib.
Modern.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, göstəricilər arasında fərq 4,4 ildir.
2024-cü ildə gözlənilən ömür uzunluğu qadınlar üçün 79,2, kişilər üçün 74,5 il olmuşdu.
Bu göstərici həmin ilin ölüm səviyyəsinə əsaslanan statistik hesablamadır.
Azərbaycanda 2025-ci ildə ilk dəfə nikaha daxil olan qadınların orta yaşı 24,1, kişilərin isə 28,7 yaş olub.
Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2000-ci ildə bu göstəricilər qadınlar üçün 23,1, kişilər üçün isə 27,3 yaş təşkil edib.
Ötən il bütün qeydə alınmış nikahlar üzrə orta yaş qadınlarda 25,1, kişilərdə 30,1 olub.