Ölkə · Ədalət

Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Su canlılarının cəsədləri niyə sahilboyu səpələnib? - VİDEO xəbəri üçün şəkil

Xəzərin Pirşağı sahilində suiti cəsədləri aşkarlanıb...

Adalet.az Xəzər TV-yə istinadən xəbər verir ki, cəsədlərə sahilboyu müxtəlif ərazilərdə rast gəlinir. Qarşımıza çıxan suiti cəsədləri ətrafa kəskin və xoşagəlməz qoxu yayırdı.

Balıqçılıq və Akvakultura Mərkəzinin direktor müavini deyir ki, Xəzər dənizinin sahillərində suiti cəsədləri aşkarlanmasının bir neçə səbəbi ola bilər.

Elşən Məcidovun sözlərinə görə, suitilərin ölümünün dəqiq səbəbi ekspertiza və laborator müayinələrdən sonra müəyyən edilə bilər. Xəzər suitisi endemik və qorunan növ olduğundan, sahilyanı ərazilərdə bu istiqamətdə monitorinqlər aparılır. Vətəndaşlara isə Xəzər suitilərinin cəsədləri ilə qarşılaşdıqları halda onlara toxunmamaları tövsiyə olunur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑