Macarıstan Ukraynaya hərbi yardım göstərmək niyyətində deyil. Ölkə ərazisindən silahların tranzitinə də icazə verilməyəcək.
Modern.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Magyar Finlandiyanın “Helsingin Sanomat” qəzetinə müsahibəsində bildirib.
Magyar Budapeştin mövqeyinin Ukraynaya silah tədarükünü və Macarıstan ərazisindən silah tranzitini nəzərdə tutmadığını vurğulayıb.
Baş nazir iyul ayında Ankarada keçirilən NATO sammitində də Macarıstanın yeni hökumətinin Ukraynaya humanitar yardım göstərməyə davam edəcəyini, lakin silah verməyəcəyini bildirmişdi.


