İtaliyanın Baş naziri Ciorcia Meloni ABŞ-də keçiriləcək seçkilərədək Ukraynaya yardımı dayandırıb.
Modern.az xəbər verir ki, bu barədə “Il Giornale d’Italia” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, İtaliya əvvəlki yardım paketini 2025-ci ilin dekabrında göndərib. Yeni paket artıq hazırlansa da, onun çatdırılma vaxtı hələ müəyyən edilməyib.
Qeyd edək ki, Meloni avqustun sonunda qış mövsümü ərəfəsində İtaliyanın Ukraynaya humanitar yardımı davam etdirəcəyini bildirib. O, münaqişənin həlli üçün danışıqların aparılmasına da bir daha tərəfdar olduğunu vurğulayıb.



