Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi Artur Baqdasaryanın və onunla əlaqəli yeddi şəxsin əmlakına həbs qoyulub.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Məcburi İcra Xidməti məlumat yayıb.
Məlumata görə, həbs 8 daşınmaz əmlak obyektinə, 1020 daşınar əmlak vahidinə, nəqliyyat vasitələrinə və 435 min ABŞ dolları məbləğində borc vəsaitinə tələb hüququna şamil edilib.
Qeyd edək ki, “Erməni dirçəlişi” (keçmiş “Qanunlar ölkəsi”) partiyasının lideri Artur Baqdasaryan 2008–2014-cü illərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi olub.




