Ölkə · Modern.az

Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı

Xüsusilə külli miqdarda dələduzluqda və digər əməllərdə ittiham edilən “Azea Group” MMC-nin rəhbəri Elsevər Əliyevin həyat yoldaşı da cinayət məsuliyyətinə cəlb olunub.

Modern.az Qafqazinfo-ya istinadən xəbər verir ki,E.Əliyevlə birgə fəaliyyət göstərən həyat yoldaşı Ayçiçək Əliyeva polis əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 162.1.1 və 178.4-cü maddələrinə əsasən ittiham elan edilib.

A.Əliyevanın himayəsində azyaşlı övladının olması və ərinin xəstəliyi nəzərə alınaraq, istintaq müddəti üçün barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Bakıda evlərin tikintisi və təmiri ilə məşğul olan “Azea Group” MMC-nin dələduzluq ittihamı ilə saxlanılan rəhbəri Elsevər Əliyev də bir neçə gün əvvəl polis əməkdaşları tərəfindən saxlanılmışdı. Lakin daha sonra xəstəliyi ilə əlaqədar ev dustaqlığına buraxılmışdı.

Hər iki şəxs DİN-in Su Nəqliyyatında Polis İdarəsinin keçirdiyi müvafiq tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, daha əvvəl də adları çəkilən şəxslərlə bağlı araşdırma aparılıb. Sonra Bakı Şəhər Prokurorluğu işin materiallarının DİN-in Su Nəqliyyatında Polis İdarəsində araşdırılması barədə qərar verib. Hazırda idarənin Təhqiqat və istintaq şöbəsində araşdırmalar davam etdirilir.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑