Ölkə · AzPolitika

Azərbaycanda yeni suvarma kanalı tikiləcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanda yeni suvarma kanalı tikiləcək xəbəri üçün şəkil

Gələn il yeni Qarabağ suvarma kanalının tikintisinə başlanılacaq.

"AzPolitika" Oxu.Az-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Akif Quliyev deyib.

O bildirib ki, su təsərrüfatı sahəsində həyata keçirilən digər layihələrdən biri də Qarabağ suvarma kanalıdır:

"Kanalın layihə sənədləri hazırlanıb və tikintisinə gələn il başlanılması hədəflənir.

Layihəyə əsasən, Qarabağ suvarma kanalının suötürmə qabiliyyətinin saniyədə 113 kubmetrdən 135 kubmetrədək artırılması nəzərdə tutulur. Eyni zamanda, suvarılan ərazilərin sahəsinin 115 min hektardan 166 min hektaradək genişləndirilməsi planlaşdırılır"

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑