Yasamal rayonunda yerləşən orta məktəbdə “Real Təhlil və İnformasiya Mərkəzi”nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb.
DİN-in Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, hadisəni törətmiş 3 nəfər şəxs müəyyən edilərək Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunub.
Hadisənin tam, hərtərəfli və obyektiv araşdırılması, münaqişə iştirakçılarının hərəkətlərinə hüquqi qiymət verilməsi istiqamətində polis tərəfindən zəruri istintaq tədbirləri davam etdirilir.
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.
Ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə REAL TV-nin çəkiliş qrupuna hücum olub.
Modern.az Trend-ə istinadən xəbər verir ki, hadisədə iştirak etdiyi bildirilən şəxslərdən biri – H.Tağılı peşəkar boksla məşğul olur. Onun Azərbaycan Boks Federasiyasının tədbirlərində iştirak etdiyi, həmçinin uşaq futbol klublarından birində oynadığı bildirilir.
Sözügedən insidentdən bir neçə saat sonra onun sosial şəbəkədə hadisə ilə bağlı bir paylaşıma rəy yazdığı da məlumdur.
İns
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.
İsmayıl Məmmədov Naxçıvan Şəhər Ticarət və Xidmət Departamentinə rəis təyin olunub.
Modern.az "Report"a istinadən xəbər verir ki, Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Anar Babayev bununla bağlı əmr imzalayıb.
İ.Məmmədov buna qədər Naxçıvan Gömrük Baş İdarəsinin Daxili nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.
Son illər idman zallarında əzələ kütləsini artırmaq, daha iri və qabarıq bədən quruluşuna sahib olmaq istəyənlərin müxtəlif qida əlavələrindən və hormonal preparatlardan istifadəsi geniş yayılıb. Protein tozu, kreatin, BCAA, L-karnitin və digər məhsullar artıq bir çoxlarının gündəlik məşq rejiminin ayrılmaz hissəsinə çevrilib. Bəziləri isə istədikləri nəticəni daha tez əldə etmək üçün bu məhsullardan bir neçəsini eyni vaxtda qəbul edir. Maraqlıdır ki, bütün bunlar çox vaxt “natural bədən” və sağ
Milli Məclis 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul edəcək.
Modern.az xəbər verir ki, məsələ parlamentin növbəti plenar iclasının gündəliyinə daxil edilib.
İclasda “8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı haqqında” məsələyə baxılacaq.