Ölkə · Modern.az

Məktəbdə REAL TV-nin əməkdaşlarına hücum edənlər kimdir?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Məktəbdə REAL TV-nin əməkdaşlarına hücum edənlər kimdir?
Məktəbdə REAL TV-nin əməkdaşlarına hücum edənlər kimdir?

Oktyabrın 29-da "Real TV"nin əməkdaşları paytaxtın Yasamal rayonunda 225 nömrəli tam orta məktəbdə şagirdin ölümü ilə bağlı çəkiliş apararkən hücuma məruz qalıblar. Şagirdləri hücuma təşviq edən şəxs məktəbin qarovulçusu olub.

Modern.az xəbər verir ki, bu barədə telekanalın müxbiri Nigar Namiq feysbuk hesabında paylaşım edib:

"Əməkdaşımız naməlum şəxslər tərəfindən təpikləndi, başından və üzündən xəsarətlər aldı. Biz vəzifəmizi yerinə yetirib, üstəlik həssas məsələ olduğu üçün etik çərçivələr daxilində çəkiliş aparan zaman belə bir halla qarşılaşdığımız üçün çox təəssüf edirəm. Şəkildəki kişi, qırmızı gödəkçəli oğlan da daxil olmaqla bir neçə nəfəri provokasiya edərək bizim hücuma məruz qalmağımıza şərait yaratdı. Bir də gördüm ki, əməkdaşımız təpiklənir, tapdalanır.

Mənim onları aralaşdırmağa gücüm çatmadı. Əlimdən yalnız özümü itirməyib "102"yə məlumat vermək gəldi. Bu zaman da kənardan nə məktəb işçiləri, valideynlər müdaxilə etdi, nə də jurnalistlər. İnsident törədənləri polis saxladı", - deyə jurnalist bildirib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑