Ölkə · Modern.az

Yasamal, Səbail və Abşeronun bir sıra ərazilərində sabah işıq olmayacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yasamal, Səbail və Abşeronun bir sıra ərazilərində sabah işıq olmayacaq
Yasamal, Səbail və Abşeronun bir sıra ərazilərində sabah işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 30-da Yasamal və Səbail Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidməti ərazilərində bir sıra Transformator Məntəqələrində (TM), Abşeronda isə elektrik yarımstansiyasında təmir işləri aparılacaq.

Modern.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Yasamalda saat 10:00-dan 13:00-dək Kazım Kazımzadə və Şəfayət Mehdiyev küçələri, İkinci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.

Səbail rayonu Bayıl qəsəbəsi Gülbala Əliyev küçəsində saat 10:00-dan 14:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Abşeron RETSİ ərazisində 110/35/10 kV-luq 137 saylı yarımstasiyada təmir işləri yerinə yetiriləcək. Beləliklə, saat 10:00-dan 16:00-dək 35/6 kV-luq "Pirkəşkül", "Çaylı" və "Cəngi" yarımstansiyaları, həmçinin "Pirəkəşkül" yarımstansiyasından çıxan bir sıra 6 kV-luq hava xətləri, eləcə də Çaylı, Cəngi və Təzəkənd kəndləri müvəqqəti olaraq gərginliksiz qalacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑