Ölkə.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış ürək cərrahı Rəşad Mahmudov Xalq artisti Zaur Rzayevin vəfatı ilə bağlı sosial media hesabında yazıb.
Rəşad Mahmudov qeyd edib ki,Zaur Rzayevin sağlamlığı üçün mümkün olan hər şeyi etməyə, ömrünə ömür qatmağa çalışıblar:
"Bu prosesdə dövlətimizin dəstəyi, həkimlərimizin və bütün tibb işçilərinin fədakarlığı xüsusi qeyd olunmalıdır. Bu gün isə Zaur müəllimlə əbədi vidalaşırıq... Bəzən tibb insan həyatını xilas edə bilməsə də, son ana qədər onun yanında olmaq, ağrılarını azaltmaq və ümidini qorumaq üçün mübarizə aparır. Azərbaycan səhiyyəsi də hamılıqla Zaur müəllim üçün bunu etməyə çalışdı. Azərbaycan mədəniyyətində özünəməxsus yeri olan dəyərli sənətkarımızın xatirəsi onu sevənlərin qəlbində yaşayacaq. Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun.
Ailəsinə, doğmalarına, sənət dostlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm".
Qeyd edək ki, ötən gün Azərbaycanın Xalq artisti Zaur Rzayev 74 yaşında vəfat edib.



