Aktual · Modern.az

Jurnalistlərin qurultayının vaxtı dəyişdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Jurnalistlərin qurultayının vaxtı dəyişdi
Jurnalistlərin qurultayının vaxtı dəyişdi

Azərbaycan jurnalistlərinin qurultayının vaxtı dəyişdirilib.

Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan jurnalistlərinin IX qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin məlumatında deyilir.

Məlumatda bildirilir ki, təşkilat komitəsi tədbirin keçirilmə tarixinin oktyabrın 15-dən oktyabrın 16-na dəyişdirilməsinə qərar verib ki, bu da hazırlıq işlərinin daha səmərəli şəkildə aparılması zərurətindən irəli gəlir.

"Təşkilat Komitəsi Mətbuat Şurasına üzv təşkilatlara qurultaya nümayəndələrin və Şuranın İdarə Heyətinə namizədlərin verilməsi prosesini sürətləndirməyə, bunun üçün MŞ-nin "presscouncil.az" veb-saytındakı "Azərbaycan jurnalistlərinin IX qurultayı" bölməsində yerləşdirilmiş təlimatı yerinə yetirməyə (anketləri dolduraraq şəxsən Mətbuat Şurasına çatdırmaq və ya [email protected] elektron ünvanına göndərmək) çağırır".

Qeyd edək ki, nümayəndələrin və namizədlərin verilməsi prosesi oktyabrın 12-də başa çatacaq.

Qurultay oktyabrın 16-da saat 09.00-da öz işinə başlayacaq.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑