Aktual · Modern.az

Japarov: Azərbaycan və Mərkəzi Asiya üçün vahid viza yaradılsın

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Japarov: Azərbaycan və Mərkəzi Asiya üçün vahid viza yaradılsın
Japarov: Azərbaycan və Mərkəzi Asiya üçün vahid viza yaradılsın

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün vahid elektron ticarət platformasının və birgə turizm marşrutlarının yaradılmasını təklif edib.

Modern.az xəbər verir ki, onun sözlərinə görə, elektron platforma regionda istehsal olunan malların çeşidini bir araya gətirərək istehlakçıların və biznesin bu məhsullara çıxışını genişləndirəcək.

Japarov “bir səyahət, bir neçə ölkə” prinsipi əsasında birgə turizm marşrutlarının hazırlanması təşəbbüsü ilə də çıxış edib.

Qırğızıstan Prezidenti vahid turist vizasının tətbiqini təklif edib və konkret mexanizmlərin hazırlanmasının xarici siyasət qurumlarına tapşırılmasına çağırıb.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑