İspaniyanın bir sıra şəhərlərində Toledo şəhərində çoxsaylı insan tələfatı ilə nəticələnən qatar qəzasından sonra etiraz aksiyaları keçirilib.
Modern.az xəbər verir ki, nümayişçilər hadisəyə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını tələb edirlər. Madrid ətrafında keçirilən aksiyada iştirakçılar “Qatillər!” şüarları səsləndiriblər.
Polis etirazçılara qarşı dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə edib.
İspaniyanın nəqliyyat naziri Oskar Puente faciənin səbəbinin kompüter sistemlərindəki nasazlıq ola biləcəyini bildirib. Onun sözlərinə görə, bu səbəbdən stansiyalardan birində avtomatik idarəetmə sistemi sıradan çıxıb və qatarlar dayanıb.
Xatırladaq ki, İspaniyanın Toledo şəhərində iki sürətli qatar toqquşub. “Renfe” şirkətinə məxsus sürətli qatar “Iryo” qatarına arxadan çırpılıb.
Toqquşma nəticəsində “Iryo” qatarının iki vaqonu relsdən çıxıb. Ümumilikdə azı dörd vaqon aşıb.
Hadisənin səbəbləri araşdırılır. Son məlumatlara görə, qəza nəticəsində 68 nəfər ölüb, 180-dən çox insan yaralanıb.



