Dünya · Milli.az

Niderlandda ümumölkə karantini tətbiq olundu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Niderlandda ümumölkə karantini tətbiq olundu xəbəri üçün şəkil

Avropada və ABŞ-də H5N1 quş qripinin yayılması ilə bağlı narahatlıq artır. Niderland hökuməti yoluxma riskinə görə ölkə üzrə ev quşlarının qapalı və ya qorunan ərazilərdə saxlanılmasını tələb edib.

Milli.Az xəbər verir ki, Niderlandın Kənd Təsərrüfatı naziri Silvio Erkens xəstəliyin yayılma riskinin yüksək olduğunu bəyan edərək, həm fermerləri, həm də təsərrüfatları qorumaq məqsədilə ümumölkə karantin tələbinin tətbiq edildiyini bildirib.

ABŞ-nin İllinoys ştatında yerləşən "Rose Acre Farms" təsərrüfatında da epidemiya qeydə alınıb. Burada 934 mindən çox toyuq yoluxub, virusun yayılmasının qarşısını almaq üçün təxminən 1 milyon quş məhv edilib.

2022-ci ilin fevralından bəri ABŞ-də quş qripi səbəbindən 210 milyondan çox quş tələf olub və ya məhv edilib. Virusun yayılması yumurta və quş əti qiymətlərinin artmasına da səbəb ola bilər.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑