Dünya · Bizim.Media

Duş qəbul edən gənc qızı və anasını gizlicə lentə aldı - TUTULDU

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Duş qəbul edən gənc qızı və anasını gizlicə lentə aldı - TUTULDU xəbəri üçün şəkil

Sinqapurda 20 yaşlı gənc 19 yaşlı qızı və onun 55 yaşlı anasını müxtəlif vaxtlarda gizli şəkildə videoya çəkib.

Bizim.Media xəbər verir ki, hadisə aprelin 8-də yaşayış kompleksində baş verib.

Bir nəfər telefonunu hamamın pəncərəsindən içəri uzadaraq duş qəbul edən qızı lentə alıb. Telefonu görən qız qışqırıb, o isə hadisə yerindən qaçıb.

Polis araşdırması zamanı məlum olub ki, həmin şəxs martın 22-də qızın anasını da hamamda gizlicə lentə alıb.

Bundan başqa, martın 30-dan aprelin 8-dək gənc qıza aid duş qəbul etmə, paltar dəyişmə və tualetdən istifadə səhnələrini əks etdirən 10 video aşkarlanıb.

Təqsirləndirilən şəxs oktyabrın 27-də məhkəməyə gətirilib. Onun barəsində dekabrın 17-də hökm çıxarılacaq.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑