İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb.
Modern.az xəbər verir ki, videoda qeyd olunan faktlar tarixin təhrif olunmasına gətirib çıxarıb.
İrəvan şəhərini təsvir edən bütün səyyahların və tədqiqatçıların əsərlərində həm ölçülərinin miqyasına, həm də gözəlliyinə görə şəhərin ən möhtəşəm memarlıq abidəsi kimi, Göy məscidin (digər adı Hüseynəli xan məscidi) adı birinci çəkilir. Miqyasına görə İrəvandakı Göy məscid Qafqazda ən böyük məscid olmuşdur.
Şərq memarlığının nadir nümunələrindən hesab edilən Göy məscidin inşasına Hüseynəli xan Qacarın hakimiyyəti dövründə 1760-cı ildə başlanılmış, 1766-cı ildə başa çatdırılmışdır.
Videoda isə "İrəvanın tarixi irsinin bir parçası olan bu məscid XVIII əsrdə Əfşarlar sülaləsinin hakimiyyəti dövründə Hüseynəli xan tərəfindən inşa etdirilib" kimi qeyd olunub.
Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan 1949-cu ilə aid bir arxiv sənədində Ermənistan SSR ərazisində qeydə alınan azərbaycanlılara aid 15 memarlıq abidəsi haqqında məlumatlar öz əksini tapmışdır. Həmin siyahıda nə zaman inşa edildiyi, nə məqsədlə istifadə edildiyi göstərilməklə, İrəvan şəhərində 4 məscidin mövcudluğu qeyd edilmişdir. Həmin sənəddə Göy məscidin 1776-cı ildə inşa edildiyi göstərilmişdir.
About the blue mosque in Yerevan. //t.co/FQpHr4KJZM
— IRI Embassy in Armenia (@iraninyerevan) November 2, 2026


.jpg)



