Mədəniyyət · Sfera.az

Telefonunuzun ekranı niyə donur? - Çoxlarının bilmədiyi çıxış yolu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Telefonunuzun ekranı niyə donur? - Çoxlarının bilmədiyi çıxış yolu xəbəri üçün şəkil

Smartfonun ekranının toxunuşlara cavab verməməsi həm texniki nasazlıq, həm də proqram təminatındakı müvəqqəti problem səbəbindən yarana bilər.

Belə vəziyyətdə telefonu dərhal təmirə aparmaq lazım deyil. Bəzi hallarda sadə addımlarla problemi aradan qaldırmaq mümkündür.

Sfera.az xəbər verir ki, bu barədə “Engadget” nəşrində dərc olunan məqalədə jurnalist Ayzek Eqbon məlumat verib.

Müəllif ilk növbədə ekranın vəziyyətini yoxlamağı tövsiyə edib. Displeydə çatlar və digər fiziki zədələr varsa, cihazın təmirə ehtiyacı ola bilər. Həmçinin qoruyucu şüşə və telefon qabını müvəqqəti çıxarmaq məsləhət görülür. Çünki bəzi qoruyucu aksesuarlar ekranın toxunuşlara reaksiyasına mane ola bilər.

Digər tövsiyə telefonu enerji kabelindən və ona qoşulmuş əlavə aksesuarlardan ayırmaqdır. Ekranda kir və ya maye izləri varsa, onu azca nəmləndirilmiş mikrofiber parça ilə ehtiyatla təmizləmək olar. Bu zaman nəmin telefonun giriş hissələrinə düşməməsinə diqqət yetirilməlidir.

Problem proqram təminatındakı nasazlıqdan da qaynaqlana bilər. Belə hallarda telefonu yenidən başlatmaq kömək edə bilər. Ekran ümumiyyətlə işləmirsə, cihazın fiziki düymələri vasitəsilə məcburi yenidən başlatma üsulundan istifadə etmək mümkündür.

Bütün bu addımlardan sonra ekran yenə də toxunuşlara reaksiya vermirsə, servis mərkəzinə müraciət etmək tövsiyə olunur. Xüsusilə problem telefon yerə düşdükdən sonra yaranıbsa və ya displeydə görünən zədələr varsa, mütəxəssis yoxlaması vacibdir.

Müəllif həmçinin telefonu zavod parametrlərinə qaytarmağın bütün məlumatların silinməsinə səbəb ola biləcəyini xatırladıb. Buna görə də belə addım atmazdan əvvəl vacib faylların ehtiyat nüsxəsinin yaradılması məsləhətdir.

Qeyd edək ki, “Engadget” jurnalistləri daha əvvəl smartfonlara yeniləmə quraşdırıldıqdan sonra cihazların müvəqqəti olaraq yavaşlaya və batareyanın daha tez tükənə biləcəyini də yazıblar. Bu hal yeniləmədən sonra arxa planda gedən daxili proseslərlə əlaqələndirilib.

Fatimə

Sfera.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑