Mədəniyyət · Sfera.az

Bu telefon nəhəngi istehsalı dayandırdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bu telefon nəhəngi istehsalı dayandırdı xəbəri üçün şəkil

Tayvanın texnologiya nəhənglərindən olan “ASUS” şirkətinin smartfon bazarından çəkilməyə hazırlaşdığı iddia olunur.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin “Sözcü” nəşri məlumat yayıb. Məlumata görə, şirkət mobil sektorda apardığı optimallaşdırma tədbirlərinə baxmayaraq, zərər etməyə davam etdiyi üçün mövcud smartfon modellərinin istehsalını dayandırıb. Bildirilib ki, şirkətin rəhbəri Conni Şi ilin əvvəlində 2026-cı il ərzində yeni smartfon modelinin təqdim olunmayacağını açıqlayıb. “Zenfone 12 Ultra” modelinin satış platformalarında artıq tapılmaması da mövcud ehtiyatların tükəndiyini göstərir.

Şirkətin bundan sonra süni intellekt, robototexnika və geyilə bilən texnologiyalar sahəsinə daha çox investisiya yatıracağı bildirilir./metbuat

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑