Mədəniyyət · Sfera.az

Dünyanın ən uzunboylu insanlarından biri yenidən yeriməyə başladı – Hər iki ayağını itirmişdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dünyanın ən uzunboylu insanlarından biri yenidən yeriməyə başladı – Hər iki ayağını itirmişdi xəbəri üçün şəkil

Braziliyada boyu 2 metr 37 santimetr olan Joelison Fernandes da Silva hər iki ayağını itirməsinə baxmayaraq, xüsusi hazırlanmış protezlər sayəsində yenidən yeriməyə başlayıb.

Sfera.az xəbər verir ki, “Ninao” ləqəbi ilə tanınan 185 kiloqramlıq kişinin hekayəsini “Terra” nəşri yayıb.

Məlumata görə, kişinin ilk ayağı 2021-ci ildə amputasiya edilib. Buna səbəb şəkərli diabet və sümük toxumasında yaranan ağır infeksiya olub. Üç il sonra infeksiya digər ayağına da keçib və həkimlər onu da amputasiya etmək məcburiyyətində qalıblar.

Bununla belə, braziliyalı xüsusi sifarişlə hazırlanan protezlər sayəsində yenidən hərəkət etmək imkanı əldə edib. Protezlərin hazırlanması üçün ölçülərin götürülməsi məqsədilə o, başqa şəhərə getməli olub. Konstruksiyanın həm rahat olması, həm də onun çəkisinə davam gətirməsi əsas şərt kimi qarşıya qoyulub.

Hər bir protezin ayaq hissəsinin uzunluğu 38 santimetrdir. Bu ölçü təxminən 60-cı ölçülü ayaqqabıya uyğun gəlir.

Ninaonun anası bildirib ki, o, çox fəal həyat tərzi keçirir, motosiklet sürür və hətta sağlam ayaqları olan bəzi insanların etmədiyi işlərin öhdəsindən gəlir.

Qeyd edək ki, daha əvvəl boyu 2 metr 3 santimetr olan britaniyalı Keti Vulls da uzunboylu olmağın şəxsi həyatında yaratdığı çətinliklərdən danışmışdı. Onun sözlərinə görə, qeyri-adi boyu səbəbindən tez-tez narahat vəziyyətlərlə üzləşir.

Fatimə

Sfera.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑