Ölkə · Modern.az

Hafiz İsmayılbəyli daha 7 il Hesablama Palatasının auditoru olacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hafiz İsmayılbəyli daha 7 il Hesablama Palatasının auditoru olacaq
Hafiz İsmayılbəyli daha 7 il Hesablama Palatasının auditoru olacaq

Hafiz Mahir oğlu İsmayılbəyli Hesablama Palatasının auditoru vəzifəsinə təyin edilib.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Parlament Hafiz İsmayılbəylinin Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyinə dair rəyi təsdiqləyib.

Qeyd edək ki, Hafiz İsmayılbəyli 1992-ci il yanvarın 22-də Şərur rayonunda anadan olub. 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat ixtisası üzrə bakalavr, 2018-ci ildə isə Naxçıvan Dövlət Universitetində iqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə magistr təhsili alıb. Əmək fəaliyyətinə 2014-cü ildə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində mühasib kimi başlayıb. Sonrakı illərdə həmin idarədə mütəxəssis, aparıcı mütəxəssis və rəis vəzifələrində çalışıb. 2016–2018-ci illərdə Naxçıvan Dövlət Texniki Kollecində bank işi ixtisası üzrə pedaqoji fəaliyyət göstərib. 2018–2019-cu illərdə Maliyyə Bazarlarına Nəzarət Palatasının Naxçıvan Muxtar Respublikası üzrə idarəsinin rəisi olub.

Milli Məclisin 2019-cu il oktyabrın 22-də qəbul etdiyi qərarla Hesablama Palatasının auditoru təyin edilib. 

Sonda məsələ səsverməyə qoyularaq qəbul edilib

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑