Ölkə · Modern.az

Xocalı və Ağdərəyə daha 44 ailə köçürülür

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Xocalı və Ağdərəyə daha 44 ailə köçürülür
Xocalı və Ağdərəyə daha 44 ailə köçürülür

Oktyabrın 22-də Böyük Qayıdış çərçivəsində Xocalı və Ağdərə rayonlarına növbəti köç karvanı Ağdamdan yola salınıb.

Modern.az  xəbər verir ki, bu mərhələdə iki rayona ümumilikdə 44 ailə — 176 nəfər köçürülür.

Xocalı şəhərinə 4 ailə (23 nəfər), Ballıca kəndinə 5 ailə (27 nəfər), Badaraya 3 ailə (7 nəfər), Daşbulağa 1 ailə (2 nəfər), Xanyurduna 2 ailə (5 nəfər), Ağdərənin Vəngli kəndinə 6 ailə (29 nəfər), Heyvalıya isə 23 ailə (83 nəfər) qayıdır.

Köçürülən ailələr əvvəllər ölkənin müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşıblar.

Doğma yurdlarına qayıdan sakinlər yaradılan şəraitə görə dövlət rəhbərliyinə təşəkkür edib, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsini ehtiramla anıblar.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑