Dünya · Modern.az

Ermənistanda qırğın günüdür

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ermənistanda qırğın günüdür
Ermənistanda qırğın günüdür

1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində baş vermiş faciədən 27 il ötür.

Modern.az xəbər verir ki, həmin gün saat 17:00 radələrində parlamentdə hökumətlə sual-cavab sessiyası keçirilərkən Nairi Unanyanın rəhbərlik etdiyi silahlı qrup iclas zalına daxil olaraq atəş açıb.

Terror aktı nəticəsində ölkə rəhbərliyinin bir sıra yüksək vəzifəli nümayəndələri öldürülüb. Həlak olanlar arasında parlamentin sədri Karen Dəmirçyan, baş nazir Vazgen Sarkisyan, parlament sədrinin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, deputatlar Armenak Armenakyan, Mixail Kotanyan və Genrik Abramyan, eləcə də nazir Leonard Petrosyan olub. Daha 8 nəfər yaralanıb.

Ermənistan Baş Prokurorluğu 1999-cu il oktyabrın 27-də Nairi Unanyan və digər şəxslər tərəfindən törədilmiş terror aktı ilə bağlı cinayət işi üzrə aparılan istintaq tədbirləri barədə məlumat yayıb.

Baş Prokurorluğun məlumatına görə, 2019-cu il dekabrın 27-də yenidən başlanmış cinayət işi çərçivəsində 2025-ci il oktyabrın 27-dən indiyədək bir sıra istintaq və prosessual tədbirlər həyata keçirilib.

Bu müddət ərzində təxminən on dindirmə və əlavə dindirmə aparılıb.Məlumatların təqdim edilməsi ilə bağlı sorğular göndərilib. Cinayət işi üçün mühüm əhəmiyyət daşıyan bir sıra halların aydınlaşdırılması məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qurumuna üç tapşırıq verilib. Sənədlərə baxış keçirilib. İstintaq üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılması məqsədilə nəzarətçi prokurorun icazəsi ilə bir sıra məxfi sənədlər götürülərək araşdırılıb. Gizli istintaq tədbirləri həyata keçirilir.

Bundan əvvəlki dövrdə istintaqa nəzarət edən prokuror hadisə ilə bağlı müəyyən məlumatlara malik olan vətəndaşları da qəbul edib. Qəbulların nəticələrinə əsasən, müvafiq istintaq tədbirlərinin görülməsi üçün materiallar müstəntiqə göndərilib.

Ermənistan baş prokurorunun 14 fevral 2024-cü il tarixli qərarı ilə cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Ermənistan İstintaq Komitəsinə həvalə olunub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑