Ölkə · Modern.az

Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş
Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş

Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirib hadisə yerindən qaçan MMA idman ustası Elmar Cəfərov haqqında bəzi detallar məlum olub.

Modern.az “Qafqazinfo” saytına istinadən xəbər verir ki, o, 2015-ci ildə Antalya şəhərində Kempo əlbəyaxa döyüş növü üzrə dünya çempionu, 2018-ci ildə Bakıda Budo əlbəyaxa döyüş növü üzrə dünya kubokunun sahibi olub.

Qeyd edək ki, Elmarla birgə “Sabunçu Emil” də hadisə yerindən qaçıb gizlənmişdi.

Hadisəni törədib qaçan şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

Qeyd edək ki, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.

Deputatın oğlu da daxil olmaqla hadisə ilə bağlı 9 nəfər saxlanılıb.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑