Ölkə · Modern.az

Şamaxıda yeni körpələr evi açıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Şamaxıda yeni körpələr evi açıldı
Şamaxıda yeni körpələr evi açıldı

Oktyabrın 26-da Şamaxı şəhərindəki Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub.

Modern.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva açılış mərasimində iştirak edib, burada yaradılan şəraitlə tanış olublar.

Heydər Əliyev Fondu tərəfindən inşa edilən həmin məktəbəqədər təhsil müəssisəsi 110 yerlikdir. Burada qızlar və oğlanlar üçün ayrı-ayrı korpuslarda yataq otaqları, eləcə də qrup, informatika və tibb otaqları, musiqi və gimnastika zalları, qarderob, yeməkxana var.

Məktəbəqədər müəssisə zəruri mebel və avadanlıqlarla, qrup otaqları isə əyani vəsaitlərlə tam təchiz edilib.

Uşaqların istirahəti üçün söhbətgahlar qurulub, oyun attraksionları olan meydança yaradılıb.

Körpələr evi-uşaq bağçasının müdiri Səidə Zahidova açıqlamasında bildirib ki, 1969-cu ildə tikilən köhnə bağça binası istifadəyə yararsız olduğundan yeni binaya ehtiyac yaranmışdı. Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni körpələr evi-uşaq bağçasında uşaqlar altı qrupda təlim-tərbiyə prosesinə cəlb olunacaqlar.

Ölkəmizdə yeni uşaq tərbiyə müəssisələrinin inşası, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulması ilə bağlı həyata keçirilən Dövlət proqramları ilə yanaşı, Heydər Əliyev Fondu da fəaliyyətində bu sahəni daim diqqətdə saxlayır. 2014-cü ildən bəri Fond “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramını həyata keçirərək uşaqların təlim-tərbiyəsinə, onların bilikli və savadlı yetişmələrinə öz töhfəsini verir. Proqramın icrası paytaxt Bakı ilə yanaşı, regionları da əhatə edir. Həmin regionlar arasında Şamaxı da yer alır. Ümumiyyətlə, son illərdə Şamaxıda bir sıra yeni körpələr evi-uşaq bağçaları, məktəblər inşa edilərək istifadəyə verilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑