Hadisə · Modern.az

Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO

Əhmədlidə yerləşən kafelərin birində baş vermiş kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər.

Modern.az xəbər verir ki, bununla bağlı “Real TV” görüntülər yayımlayıb.

Xatırladaq ki, kriminal aləmdə “Ceyhun Sabunçu” kimi tanınan şəxsin qətlə yetirildiyi həmin görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhmədin təşkil etdiyi bildirilir. Məlumata görə, onun əsas məqsədi aralarında münaqişə olan tərəfləri barışdırmaq olub.

Məlumat üçün bildirək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən qaçan 2 nəfər müəyyən edilərək saxlanılıb.

Modern.az kütləvi davada iştirak edən deputat Arzuxan Əlizadənin oğlu Əhmədin məhkəməyə gətirildiyi görüntüləri təqdim edir:

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑