Ölkə · Modern.az

Ceyhun Bayramov Hindistana dəvət edildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ceyhun Bayramov Hindistana dəvət edildi
Ceyhun Bayramov Hindistana dəvət edildi

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu Hindistana səfərə dəvət edib.

Modern.az xəbər verir ki, bu barədə Hindistanın XİN rəhbəri Bakıda Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

"Mən xarici işlər naziri Ceyhun Bayramovu onun üçün münasib olan vaxtda Hindistana səfər etməyə dəvət etdim", - o bildirib.

Nazirin sözlərinə görə, tərəflər həmçinin ticarət üzrə nümayəndə heyətlərinin və əməkdaşlığın digər istiqamətləri üzrə nümayəndə heyətlərinin mübadiləsi barədə razılığa gəliblər.

Hindistanın XİN rəhbəri keçirilən danışıqları məhsuldar adlandırıb və qeyd edib ki, bu danışıqlar ikitərəfli münasibətlərin inkişafı üzrə gələcək addımları müəyyənləşdirməyə imkan verib.

S.Cayşankar həmçinin Yaxın Şərqdəki münaqişə fonunda Hindistan vətəndaşlarının İrandan təxliyə edilməsində göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib: "Bu ilin əvvəllərində Hindistan vətəndaşlarının, xüsusən də tələbələrin İrandan təxliyə edilməsində göstərilən yardıma görə minnətdarlığımızı xüsusi olaraq bildirmək istərdim".

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑